5 avqust 2024 at 09:58
Jurnalist kodu: 5564
Xəbər kodu: 85558773
T T
0 Persons
Pezeşkiyan: Şəhid Haniyənin terror edilməsi sionistlərin böyük səhvi idi və cavabsız qalmayacaq

Tehran - İRNA - Prezident Tehranda şəhid Haniyənin qorxaqcasına terror edilməsini sionistlərin böyük səhvi hesab edərək, İranın bütün İslam ölkələrindən və dünyanın azad insanlarından bu cür cinayətləri şiddətlə qınamalarını gözlədiyini bildirərək, vurğulayıb ki, sionistlərin bu qudurğanlığı cavabsız qalmayacaq.

Dr. Məsud Pezeşkiyan, 4 avqust 2024-cü il bazar günü axşam İordaniya Krallığının xarici işlər naziri Ayman Safadi ilə görüşdə, Doktor Pezeşkiyanın prezident vəzifəsində uğur qazanması üçün İordaniya kralı və hökumətinin təbrik mesajı və arzularına görə təşəkkür edərək, İran İslam Respublikası və 14-cü hökumətin xarici siyasətinin region və dünyada sülh, əmin-amanlıq və sabitliyin genişləndirilməsi və möhkəmləndirilməsi olduğunu və sionist rejimin Qəzzadakı məzlum fələstinlilərə qarşı təcavüz və cinayətlərinin dayandırılması üçün İslam ölkələrinin birliyinin zəruriliyini vurğulayıb. 

Prezident Tehranda şəhid Haniyənin qorxaqcasına terror edilməsinə toxunaraq, İran İslam Respublikası qonağının terror edilməsini bütün beynəlxalq qanunlara zidd bir hərəkət və sionistlərin böyük səhvi kimi qiymətləndirib və bildirib ki, İran İslam Respublikası bütün İslam ölkələrindən və dünyanın azad insanlarından bu cür cinayətləri şiddətlə qınamalarını gözlədiyini bildirərək, sionistlərin bu qudurğanlığının cavabsız qalmayacağını vurğulayıb. 

Pezeşkiyan əlavə edib: Azadlığın, demokratiyanın və insan haqlarının ən böyük düşmənləri və pozucuları dünyada bütün elmi və əməliyyat güclərini terror üçün istifadə edib, ağır cinayətlər törətdikləri halda, azadlığın, demokratiyanın və insan haqlarının müdafiəsi iddiası şüarları səsləndirirlər və onlara tabe olmayanları bu prinsip və dəyərlərin düşməni kimi təqdim edirlər. 

Bu görüşdə İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman Safadi prezidentə İordaniya kralının səmimi salamlarını, təbriklərini və ən xoş arzularını çatdıraraq bəyan edib ki, İordaniyanın İran İslam Respublikası ilə əlaqələri bərpa etmək və regionda daha çox sabitlik, təhlükəsizlik və sülh yaratmaq üçün birgə səylər göstərməyə çalışdığını deyərək bildirib: İordaniya lap əvvəldən sionist rejimin Qəzzəyə qarşı qəddar təcavüzünü qətiyyətlə pisləyib. 

O, həmçinin ölkəsi tərəfindən Şəhid Haniyənin terror edilməsinin pislənməsinə işarə edərək, bu hərəkəti Netanyahunun regionda münaqişələrin miqyasını genişləndirmək cəhdi hesab edib. 

Ayman Safadi ölkəsinin İran İslam Respublikası ilə əlaqələri genişləndirmək istəyinə də işarə edərək, bu səfər zamanı iki ölkə arasında əlaqələrin genişləndirilməsi yollarını araşdıracağını açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .